Stolüstü tennisçilərimiz Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar
15.12.2025 - 12:29
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına qatılacaqlar.
Apasport.az xəbər verir ki, seçmə komandamızın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər.
BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.
- Cüdoçularımız Avropa çempionatına hazırlığı Qubada davam etdirir
- “Qarabağ”ın rəqibi toplanışa 33 futbolçu ilə yollandı - SİYAHI
- “Neftçi”də 4 itki - ”Sumqayıt”la matçı buraxacaqlar
- "Elfsborq"un baş məşqçisi: "Qələbə qazandığımız üçün xoşbəxtəm"
- Barış Şimşək Hakimlər Komitəsinin sədri vəzifəsindən göndərildi
0
0