Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edəcəklər
18.05.2025 - 15:35
Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yığma üzvləri bu gün Çin Xalq Respublikasına yola düşüblər.
Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Nihad Məmmədov, Hilal Həsənov və Vəzir Allahverdiyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə mayın 19-dan 30-dək Hebeydə yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
- Saşa İliç: “Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq”
- "Beşiktaş"da prezident seçkiləri: Ahmet Nur Çebi namizədliyi barədə danışdı
- Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək
- İstanbul derbisinin qalibi “Beşiktaş” oldu
- “Nebesnaya Gratsiya” komandası III MDB Oyunlarında iştirak edəcək
0
0