Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıb
03.02.2025 - 01:47
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda beynəlxalq təlim-məşq toplanışı keçəcəklər.
Apasport.az xəbər verir ki, yığma üzvləri bu məqsədlə Astana şəhərinə yola düşüblər.
Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Qazaxıstan millisi ilə birgə hazırlıq prosesində olacaq.
Qeyd edək ki, fevralın 3-dən 11-dək davam edəcək təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
- Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə
- “Real” Benzemaya əvəzləyici alır
- “Qalatasaray” niderlandlı futbolçu ilə anlaşıb: İstanbula Gedəcək
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- "Arsenal" isveçli forvard üçün rəsmi təklif hazırlayıb: 60 milyon
0
0