Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub
08.02.2026 - 19:44
Stolüstü tennisçi Onur Quluzadə yeni mövsümə uğurla start verib.
Apasport.az xəbər verir ki, idmançımız “WTT Youth Star Contender Tunis 2026” turnirində qızıl medal qazanıb.
U-15 yaş kateqoriyasında mübarizə aparan seçmə komandanın üzvü Tunisin paytaxtı Tunisdə keçirilən yarışın qoşa mübarizəsində almaniyalı Vanq Lukasla birgə bütün görüşləri qələbə ilə başa vuraraq birinci yeri tutub.
Qeyd edək ki, Onur Quluzadə şəxsi yarışlarda da uğurlu çıxış edib. Yarımfinal mərhələsinə yüksələn stolüstü tennisçi bununla da ən azı bürünc medalı təmin edib.
- Ramalinqom: “Bombardirlik yarışından danışırıqsa, məncə, Juninyo...” - Müsahibə
- “Forza Neftçi” qələbənin 20 illiyini belə qeyd etdi - foto
- Boyan İliç: "Qarabağ"ın "Bayer"lə görüşlərdə şansı var" - Müsahibə
- FİBA-nın baş katibi ilə görüş keçirilib
- Sevgilisindən Ronaldoya bayram hədiyyəsi - “Rolls Roys”
0
0