Azərbaycan taekvondoçuları Multi Avropa Oyunlarına 6 medalla başlayıblar
25.05.2024 - 15:18
Türkiyənin paytaxtı Ankarada taekvondo üzrə Multi Avropa Oyunları keçirilir.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının 6 üzvü fəxri kürsüyə yüksəlib.
Bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kiloqram) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Məryəm Cəfərova (41 kiloqram) ikinci yeri tutub. Gülay Əliyeva (44 kiloqram), Əli Həsənzadə (33 kiloqram), Hüseyn Abbaslı (37 kiloqram) və Hüseyn Məmmədov (+65 kiloqram) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, yarışa mayın 26-də yekun vurulacaq.
- Çexiya Universitetinin departament rəhbəri Azərbaycan İdman Akademiyasında tədrisə başlayıb
- Rayan Kent "Fənərbaxça"dan ayrılmağa yaxındır
- "Qarabağ" mövsümü "qızıl dubl"la bitirdi - YENİLƏNİB
- “Azərreyl” Almaniya klubuna uduzub, mübarizəni dayandırdı – YENİLƏNİB
- "Neftçi" - "Zirə" matçının biletləri satışda
0
0