Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan parataekvondoçumuz Sabir Zeynalovun mükafatlandırma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, 1/4 finaldan mübarizəyə qoşulan təmsilçimiz Mitsuya Tanakanı (Yaponiya) 6:5 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda Ali Can Özcana (Türkiyə) 18:23 hesabı ilə məğlub olan 19 yaşlı paralimpiyaçımız bürünc medal uğrunda döyüşdə Thanva Kaenkhamla (Tailand) üz-üzə gəlib. Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, bu, parataekvondo tariximizdə qazanılan ilk Paralimpiya medalı olub.
- Yüksək Liqada mövsüm başa çatır
- "Napoli" "Barselona"nın transfer hədəfini əldə etmək istəyir
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- “Neftçi” “Karvan-Yevlax”la matça bir itki ilə çıxacaq
- Miloş Velebit: “Azərbaycanda planlarımızın pozulması səbəbindən nəticə çatışmırdı” - MÜSAHİBƏ