Referilərimiz “Turkish Open”ə təyinat alıblar
08.02.2025 - 00:33
Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli hakimləri Türkiyənin Antalya şəhərində keçiriləcək “Turkish Open”ə ədaləti qoruyacaqlar.
Apasport.az xəbər verir ki, referilərimiz Aygül Abdullayeva və Ramal Camalov parataekvondoçuların mübarizəsində iş başında olacaqlar.
Onlar, həmçinin kyorugi (döyüş) və pumsedə funksiyalarını yerinə yetirəcəklər.
Gündüz Abdullayev parataekvondo və kyorugi, Etibar İbrahimov isə pumse üzrə yarışlarda ədaləti qoruyacaqlar.
Qeyd edək ki, turnir fevralın 8-16-da keçiriləcək.
- "Barselona" argentinalı yarımmüdafiəçini ala bilər
- Azərbaycan birinciliyində finalçılar müəyyənləşdi
- AFFA-nın iclası fevrala qaldı: Vacib qərarların alınma vaxtı bəlli oldu
- Millimiz Avropa Gümüş Liqasına hazırlıqlarını davam etdirir
- Yığmamızın baş məşqçisinə Avropa çempionatının xatirə medalı təqdim olunub
0
0