"Azəri" Taekvondo Klubunun üzvləri Kişineu şəhərində keçirilən "Moldova Open" beynəlxalq turnirində uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz 7 medal (4 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar.
Uşaqlar arasında 27 kq çəki dərəcəsində mübarizə aparan İnci Rahova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmələrin yarışında 29 kq-da Aylin Məmmədzadə və 53 kq-da Ümid Səfiyarlı qızıl medala sahib olublar.
Yeniyetmə B kateqoriyasında 37 kq çəki dərəcəsində çıxış edən Zeynal Abışov da turniri çempion kimi başa vurub. Eyni yaş kateqoriyasında 29 kq-da Ahu İsgəndər və 33 kq-da Ayxan Xanmədlili gümüş medal qazanıblar. Mədinə Hənifəyeva (33 kq) isə turniri bürünc medalla tamamlayıb.
- “Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub
- Krakov-2023: İrina qızıl, Asiman bürünc qazandı - YENİLƏNİB - FOTOLENT
- Mərakeşin qapıçısı penaltilər barədə: "Bir az intuisiya və bir az da şans"
- İspaniya millisinin üzvü “Arsenal”ın maraq dairəsində
- "Real Madrid"in ulduzu ciddi zədə alıb