Taekvondoçularımız Özbəkistanda 4 medal qazanıblar
14.08.2024 - 13:17
Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open 2024” turnirində 4 medal qazanıblar.
Apasport.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala yiyələniblər.
Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər.
Qeyd edək ki, "Səmərqənd Open 2024" avqustun 13-də keçirilib.
- "Cəbrayıl", "Qaradağ Lökbatan" və "Difai"dən qələbə - YENİLƏNİB
- Ayxan Abbasov: “Mənim üçün rəqibin kim olması fərq etmir”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- "3 driblinq edə bilməyən həmkarlarım canlı yayımlarda..." - Baccio gileylidir
- İsveç millisinə yeni baş məşqçi təyin edildi
0
0