Azərbaycan taekvondoçuları pumse üzrə milli komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi altında “Türkiye Open” beynəlxalq turnirində iştirak etmək üçün Antalya şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, komandamızın üzvləri martın 24-də mübarizəyə qoşulacaqlar.
İdmançılarımızdan Aydan Həsənzadə, Həqiqət Ələsgərli, Fidan Qəhramanova, Curu Bədəlov, Emin İsmayılov fərdi, Hüseyn Novruzov isə fərdi və "freestyle" proqramında çıxış edəcək.
Yarışda beynəlxalq dərəcəli referilərimiz, ATF-in Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev və Aygül Abdullayeva döyüş, Ramal Camalov isə pumse, parataekvondo və döyüş üzrə ölkəmizi hakim kimi təmsil edəcəklər.
- Elmar Baxşıyev: "Stadionlardan asılan feyr-pley bayrağını endirsək, daha məqsəduyğun olar"
- "Mən yaxşı formadayam və inamım var" - Keyn
- AFFA rəhbərliyi UEFA Konqresində iştirak edəcək
- “Ordu”nun basketbolçusu: “Quba”ya qarşı oyunda çox diqqətli olmalıyıq”
- "Portuqaliyada bir aslan var" - "Benfika"da Kerem Aktürkoğlu fırtınası