Taekvondoçumuzdan bürünc medal
21.06.2026 - 12:26
Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən taekvondo üzrə Klublararası Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, daha bir Azərbaycan təmsilçisi uğura imza atıb.
“Alpman” klubunun üzvü Səlimə Quliyeva qadınlar arasında -46 kq çəki dərəcəsində bürünc medal qazanıb.
0
0