Yığmamızın təlim-məşq toplanışı start götürüb - FOTO
23.05.2025 - 19:25

Taekvondo üzrə gənclərdən ibarət yığma komandamızın təlim-məşq toplanışı start götürüb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hazırlıqlar millinin baş məşqçisi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında keçirilir. Təlim-məşqlərin keçirilməsində məqsəd iyulun 20-26-də Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.
0
0