Karen Xaçanov ispaniyalı tennisçidən üstün oldu
28.04.2024 - 20:44
Karen Xaçanov Madriddə keçirilən turnirdə adını üçüncü dövrəyə yazdırıb.
Apasport.az xəbər verir ki, rusiyalı tennisçi ispaniyalı Roberto Bautista Aqutu üstələyib.
İlk set ispan tennisçinin payına düşüb (6:3), sonrakı 2 setdə Xaçanov güclü tərəf olub. Yekun nəticə 3:6, 6:3, 7:5 olub. Qarşıdurma 2 saat 26 dəqiqə davam edib.
Üçüncü turda Xaçanov, Nikolas Harri - Flavio Kobolli cütünün qalibi ilə qarşılaşacaq.
- Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb
- Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib"
- Nigeriya millisinin forvardı “Fənərbaxça”nın radarında
- DÇ: Messi üçün əlamətdar qarşılaşma - PSJ-yə qarşı
- "İndi kişilər gəlib qadınları döyür və medal alırlar"
0
0