Stolüstü tennisçilərimiz Xorvatiyada bürünc medal qazanıblar
10.02.2025 - 10:14
Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Onur Quluzadə ilə Tunar Bağırov qoşa mübarizədə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Onlar baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə yarışda iştirak ediblər.
- "Arsenal"dan 6 qol, "Real"dan inamlı qələbə - YENİLƏNİR
- Afrika Millətlər Kuboku: Yığmanın 3 qapıçısı meydana çıxdı, məğlub oldular
- “Dortmund”da ciddi itki - KAPİTAN mövsümü erkən başa vurdu
- "Arsenal" "Mançester Yunayted"in məğlubedilməzlik seriyasını qırdı
- III MDB Oyunları: Millimiz bürünc medal qazandı
0
0