Tennis millimiz Albaniya yığmasını məğlub edib
18.06.2025 - 21:15
Tennis millimiz Albaniya yığmasını məğlub edib

Azərbaycan tennisçiləri Moldovada keçirilən “Billie Jean King Cup” turnirində növbəti görüşlərini keçiriblər.

Apasport.az xəbər verir ki, yığma üzvləri Albaniya tennisçiləri ilə üz-üzə gəliblər.

İlk oyunda Lalə Eyvazova rəqibi Guli Anaterzanı 2:1 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub: 2:0. Albaniyalılar qoşa mübarizədən imtina etdiklərinə görə, qərara əsasən, millimiz yekunda 3:0 hesablı qələbə qazanıb.