Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə qızlar üçün təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, hazırlıq prosesi Qax Olimpiya İdman Kompleksində təşkil olunub.
Məşqlərdə Oğuz Regional Voleybol Klubunun (RVK) 2012- 2014-cü il təvəllüdlü idmançıları iştirak edirlər.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 28-dək davam edəcək. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilir. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilir.
Qeyd edək ki, təcrübəli məşqçilərin iştirakı ilə bu cür təlim-məşq toplanışları digər RVK-larda da təşkil olunacaq.
- Afrika Futbol Konfederasiyası qalmaqallı finalla bağlı bəyanat yayıb
- Yamal ulduzlarla yarışmır – “Hamısı məndən 10 yaş böyükdür”
- “Sabah” ispan müdafiəçini izləyir
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycanla yenidən oynamaq istəmirdik"
- "Kəpəz" Azərbaycan çempionatlarında 250-ci məğlubiyyətini alıb