Avropa Voleybol Konfederasiyasının AVRO-2026 üzrə Təşkilat Komitəsinin üzvləri və turnirin yayım tərəfdaşı "İnfort" şirkətinin əməkdaşları Milli Gimnastika Arenası ilə tanış olublar.
Apasport.az xəbər verir ki, qitə birinciliyində ölkəmizin ev sahibi olduğu C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasının texniki imkanları, infrastruktur, komanda və media zonaları, televiziya yayımı üçün nəzərdə tutulan məkanlar, azarkeşlər üçün xidmət sahələri nümayəndələrə təqdim edilib.
Qonaqlara görülən işlər, eləcə də qarşıdakı aylarda planlaşdırılan hazırlıq mərhələləri ilə bağlı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq.
- “Yuventus”a yenidən cinayət işi açıldı
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”
- Paris-2024: Basketbol yığmamız qrupda son matçına çıxıb
- Didye Deşam: “Daha çox qol vura bilərdik”
- Qabon millisinə çağırılan “Zaqatala”lı: “Buna çox inanırdım” - Müsahibə