Avropa çempionatı Azərbaycanda!
08.11.2024 - 21:58

Azərbaycan 2026-cı ildə qadınlar arasında keçiriləcək voleybol üzrə Avropa çempionatında ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Avropa Voldeybol Konfederasiyası (CEV) açıqlama yayıb.
Ölkəmiz qitə çempionatını Türkiyə, Çexiya və İsveçlə birlikdə təşkil edəcək.
Hər ölkədə bir qrupun oyunları keçiriləcək. Pley-off və həlledici matçların ev sahibi isə Türkiyə olacaq.
Qeyd edək ki, gələn ilin avqustunda bütün iştirakçılar bəlli olacaq.
- “Kral klubu”nda “100”ü fəth edənlər – Ronaldoya 1 oyun qaldı
- Azər Bağırov: “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda" - MÜSAHİBƏ
- Spiros Kapralos: "Bakıda Avropa Oyunlarının gələcəyini müzakirə etdik"
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır
- Lopeteqi Afrikada işləyə bilər
0
0