Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstanda növbəti titulunu qazanıb.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı blokçu “Vaşaş”ın heyətində növbəti dəfə ölkə kubokunun qalibi olub.
Onun komandası finalda "Bekeşaba"dan güclü olur. “Vaşaş” rəqibini 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesab ilə məğlub etməklə kuboka sahib olub.
Həlledici matçda millimizin və "Vaşaş"ın kapitanı 14 xal qazanıb.
Qeyd edək ki, ötən il Macarıstanın ən yaxşı əcnəbi voleybolçusu seçilən Ayşən daha öncə 3 dəfə ölkə kubokunu və eyni sayda çempionatının qalibi adına yiyələnib. O, həmçinin “Vaşaş”la bir dəfə də MEVZA liqasının qızıl medalına sahib olub.

- “Ayntraxt”dan heç-heçə, “Bayer” qələbə qazanıb
- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- Bəxtiyar Musayev Skautlar şöbəsinə rəis təyin olunub
- Şəhriyar Əsgərov: "Rəqibin heyətində çox yaxşı əcnəbi oyunçular var"
- Kişi şahmatçılar arasında Azərbaycan çempionatı keçiriləcək