Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə Avropada birincidir.
Apasport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.
Azərbaycan həm qadınların (75 xal), həm də kişilərin (90 xal) sıralamasında birinci yerdə qərarlaşıb. Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa Kubokunda təmsilçilərimizin uğurlu çıxışı sayəsində daha da artıb.
Qeyd edək ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa Kubokunun qalibi olublar.


- “ABB Gənc Basketbol Liqası”nın ikinci mərhələsinin tarixi bəlli oldu
- Samboçumuz Kazanda bürünc medal qazanıb
- Orxan Əliyev: "Avrokubokdan danışmaq üçün hələ tezdir" - Müsahibə
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- Kalvert-Lyuinin DÇ-2022-dən kənar qalma SƏBƏBİ