Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb
01.07.2024 - 12:38
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Apasport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Kazımova 22 yaşadək (U-22) qızların Avropa çempionatının final mərhələsində fəaliyyət göstərəcək.
Həmyerlimiz İtaliyanın Kopertino və Lecce şəhərlərində baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi kimi nəzarət edəcək.
Qeyd edək ki, bu gün startı veriləcək yarış iyulun 6-na qədər davam edəcək.
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- Azərbaycan boksçuları Avropa Oyunlarında “Top-13”də
- Salivon Azərbaycanın oyununa ÜST deyir
- Cəlal Hüseynov milliyə dəvət alıb
0
0