Azərbaycanlı mütəxəssis ÇL matçına təyinat alıb
09.12.2025 - 16:22
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya təyinat verib.
Apasport.az xəbər verir ki, o, kişilər arasında Çempionlar Liqasının qrup mərhələsində Polşa təmsilçiləri "Varta Zaverçe" və "Resoviya" komandalarının qarşılaşmasında iştirak edəcək.
Nərgiz İsmayılova dekabrın 10-da Polşada baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşmanın hakimləri ukraynalı Mixail Medved və polşalı Matsey Tvardovski olacaqlar.
- Türkiyədə televiziya binasına silahlı basqın olub
- Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk turunun cədvəli
- Bəxtiyar Musayev: "Qarabağ" bu tərzdə oynamağı xoşlamır” - MÜSAHİBƏ
- “Fənər” ispaniyalı futbolçu ilə maraqlanır
- Rəşad Əzizli: “Şamaxı” kimi 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz” - MÜSAHİBƏ
0
0