Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Apasport.az xəbər verir ki, həmyerlimiz qurum tərəfindən kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal matçına təyinat alıb.
O, fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “Arkas" və “Lüneburq” (Almaniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Qrabovski olacaq.
- İbrahim Hacıosmanoğludan Fatih Terimə sərt sözlər: “Heç yaraşdırmadım”
- Bu gün Bakı çempionatı keçiriləcək
- UEFA-nın dəstəyi ilə Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
- Sabiq “Mançester Yunayted”li Türkiyə klubunda
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ