Voleybolçu qadınlar arasında Türkiyə Sultanlar Liqasının qalibi müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, “Fənərbaxça” həlledici qarşılaşmalarda “Eczaçıbaşı”nı məğlub edib (3:0).
“Eczaçıbaşı” normal mövsümdə keçirdiyi 26 oyunu və yarımfinalda iki matçı qələbə ilə başa vuraraq, məğlubiyyətsiz irəliləmişdi. Amma komanda finalda eyni uğuru təkrarlaya bilməyərək, seriyanın hər 3 matçında məğlubiyyət acısı yaşayıb.
“Fənərbaxça” 4 mövsümdən sonra yenidən Türkiyə çempionu olub. Bununla onlar həm də, “Vakıfbank”ın 4 illik seriyasına son qoyublar.
Qeyd edək ki, “Eczaçıbaşı” 28, “Fənərbaxça” 14, “Vakıfbank” isə 11 dəfə çempion tiltulunu əldə ediblər.
- "Neftçi" Misir klubu ilə heç-heçə edib - YENİLƏNİB
- Branimir Subaşiç: "Azərbaycan millisində perspektivli oyunçular çoxdur" - Müsahibə
- Aydın Bayramov: "Araz-Naxçıvan"la oyunun çətin və ağır olacağını bilirik" - Müsahibə
- “Mançester Siti” uğurlu seriyaya davam
- ÇL: "Araz-Naxçıvan" "Benfika" ilə qarşılaşacaq