Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
08.07.2026 - 15:32
Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb

Beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

K.Əsgərova İtaliyada keçirilən voleybol üzrə 18 yaşadək (U-18) oğlanlar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında hakim kimi ədaləti qoruyur.

İyulun 7-də start götürən qitə birinciliyi ayın 18-dək davam edəcək.