Millimiz Avstriya ilə qarşılaşacaq
16.08.2025 - 11:51
Millimiz Avstriya ilə qarşılaşacaq

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti matçını keçirəcək.

Apasport.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Avstriyanı qəbul edəcək. 

Komandamız ilk oyunda rəqibinə 0:3 hesabı ilə məğlub olub. Nəticədə millimizin qrup sonuncu olması artıq dəqiqləşib. Bu səbəndən görüş formal xarakter daşıyacaq.

Avropa çempionatı
Seçmə mərhələ
16 avqust
18:00. Azərbaycan – Avstriya
Hakimlər: 
Stanislava Simiç (Serbiya), Seçkin Yener (Türkiyə)
Bakı, Voleybol Mərkəzi