Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.
Apasport.az Azərbaycan Voleybol Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, B qrupunda yer alan komanda ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək.
Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika millisinə qarşı olacaq.
Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edəcək komandanın heyətində 14 voleybolçu yer alıb.
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Cəlalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli
Qeyd edək ki, Avstriya ilə görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
- Argentina darmadağınla Finalissimanın qalibi oldu!
- Qurban Qurbanov: “Ona inanaraq, güvənərək komandaya götürmüşəm” - MÜSAHİBƏ
- "Barselona"da posta Xavidən sonra Hansi Flik keçə bilər
- PSJ-də Mbappedən daha çox forması satılan futbolçu
- “Kəpəz”in kapitanı: “Neftçi” ilə matçdakı ilk qələbədən sonra demişdim ki…”