Millimiz III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək
01.09.2025 - 14:26
Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komanda bu məqsədlə Tbilisi şəhərinə yola düşüb.
Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.
- Rövlan Muradov: “Arzum ölkə xaricində oynamaqdır, statistika məni razı salmır” - MÜSAHİBƏ
- “Brentford”un ulduzu nəhəng klubların transfer siyahısındadır
- Rusiya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
- Şahmatçılarımız beynəlxalq turnirə uğurlu start verdilər
- AFFA Gənclər Liqası: III turun nəticələri
0
0