Millimiz Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
07.05.2024 - 13:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün hazırlıqlarını davam etdirir.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlim-məşq toplanışında legioner həyatı yaşayan bəzi oyunçular yer almayıb. Əvəzində isə düşərgəyə gənc voleybolçular cəlb olunublar.
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv mayın 9-da hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yola düşəcək.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.
- Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarından danışdı
- Türkiyə millisində növbəti itki
- Şəhriyar Əliyev: “Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm”
- "Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
- 5 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı
0
0