Millimizdən ikinci məğlubiyyət
21.11.2023 - 19:05
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz Şərqi Avropa Zona Assosiasiyasının (EEVZA) çempionatında ikinci sınağına çıxıb.
Latviyanın Dauqavpils şəhərində baş tutan görüşdə yığmamızın rəqibi Ukrayna olub. Şahin Çatmanın rəhbərlik etdiyi komandamız üç setdə uduzaraq ikinci məğlubiyyətini alıb.
EEVZA çempionatı
II tur, 21 noyabr
Azərbaycan – Ukrayna - 0:3 (9:25, 8:25, 13:25)
Qeyd edək ki, I turda Latviyaya uduzan sabah Estoniya ilə üz-üzə gələcək.
- “Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər idarə edəcək
- Makronun istəyi: “Platini federasiya prezidenti olsun”
- Azərbaycan bədii gimnastı Fransada medal qazandı
- Azərbaycan millisi Avropa çempionatında 4-cü oldu
- Şahin Diniyev: "Avstriya və Azərbaycan futbolu arasında yerlə göy qədər fərq var" - MÜSAHİBƏ
0
0