"Neftçi" “Murov Az Terminal”la üz-üzə gələcək
14.01.2025 - 09:19
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün V turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, bütün matçlar eyni saatda başlayacaq.
Saat 16:00-da "Gənclər" "Azərreyl"lə, "Xilasedici" MOİK-lə, "Neftçi" isə “Murov Az Terminal”la üz-üzə gələcək.
Qeyd edək ki, dörd turdan sonra “Murov Az Terminal” 12 xalla liderdir. "Xilasedici" 12 xalla ikinci, "Neftçi" 8 xalla üçüncü, "Azərreyl" 7 xalla dördüncü pillədə qərarlaşıb. Beşinci və altıncı yerdəki "Gənclər" və MOİK-in xalı yoxdur.
- Azərbaycan çempionatında qeyri-adi nəticə
- Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib
- “İnter” Çalhanoğlu üçün “Qalatasaray”ın təklifini rədd edib
- Taleh Nəsibov: "Regionlarda komandaların sayının artmasının üzərində çalışırıq"
- Əfran İsmayılov: "Şahruddin Azərbaycanın bir nömrəli qapıçısıdır" - MÜSAHİBƏ
0
0