Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə Naxçıvanda yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçiriləcək yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional voleybol klublarının, Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və Naxçıvan yığması iştirak edəcək.
Yarış Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.
4-7 sentyabr 2024-cü il tarixlərində təşkil olunacaq birinciliyə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi ev sahibliyi edəcək.
- "Mançester Yunayted" öz meydanında xal itirdi
- “Zirə” “Qarabağ”la matçın hazırlıqlarını davam etdirir
- Azarkeşlər Ronaldonun qaldığı otelə basqın etdilər
- Kurban Berdıyev: “Legioner limitinin ləğvinə qarşıyam”
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var