“Xilasedici" Belçika təmsilçisinə məğlub olub - FOTO
09.12.2025 - 20:25
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçika təmsilçisi "Lindemans"ı qəbul edən Azərbaycan klubu 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub.
Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan "Xilasedici" bu raundda Rumıniyanın "Steaua" klubuna qalib gələrək 1/16 finala yüksəlib.
- Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- 2006-dan 2026-ya uzanan yol: 736 futbolçudan yalnız 4-ü qaldı
- “Beşiktaş” onunla bağlı qərarını verdi
- Rıza Çalımbayın bu işi də uzun çəkmədi - Super Liqada istefa
0
0