
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Sloveniyaya yollanıb.
Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun çalışdırdığı yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.
Voleybolçularımız burada AVRO-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcəklər. Mariborda toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə üz-üzə gələcək.
- "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Braziliya klubuna keçdi
- "Qalatasaray" mövsümə 3 xalla başladı
- Marko Veşoviç: “Qarşıdakı matçlardan da yaxşı nəticə ilə ayrılmağa çalışacağıq”
- "Neftçi" "Sabah"a belə məğlub oldu - VİDEO
- "Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur" - Mübariz Orucov