Yüksək Liqa: “Azərreyl"dən qələbə
25.03.2025 - 20:45
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turdan təxirə salınan matçda “Azərreyl" "Xilasedici"ni məğlub edib.
Apasport.az xəbər verir ki, qarşılaşma "Azərreyl"in 3:2 (23:25, 27:25, 23:25, 25:23, 15:13) hesablı qələbəsi ilə yekunlaşıb.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub. Bu matçdan sonra xallarının sayını 38-ə yüksəldən "Azərreyl" turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Xilasedici" isə 36 xalla üçüncüdür.
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olundu
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ermənistan Bakıdakı dünya çempionatına gəlmək istəyir
- Marselo peşəkar karyerasını başa vurub
0
0