Kişi voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqasında bu gün mövsümün bürünc mükafatçısı müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda cavab oyununda “Neftçi” və “Xilasedici” komandaları üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 17:00-da start götürəcək.
Komandalar arasında keçirilmiş ilk oyunda “Xilasedici” 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
Reqlamentə əsasən, bürünc medalçının adı iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər hər iki komanda bir qələbə qazansa və xallar bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq.
- Azərbaycan gimnastları üçün antidopinq maarifləndirmə seminarı keçirilib
- "Zirə"nin rəqibi İsveç klubundan futbolçu alıb
- Niderland Özbəkistanı məğlub etdi: Son dəqiqə qolu
- Dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib - FOTO
- Premyer Liqa: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB