Bu gün kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində VI turun iki qarşılaşması baş tutub.
MOİK “Murov Az Terminal”la, “Azərreyl” isə “Neftçi” komandası ilə üz-üzə gəlib. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb. “Murov Az Terminal” MOİK-i, “Azərreyl” isə “Neftçi” komandasını quru hesabla məğlub edib.
Qeyd edək ki, VI turun son oyunu sabah keçiriləcək. FHN-nin idman zalında “Gənclər” komandası “Xilasedici”nin qonağı olacaq.
Oyunların nəticələri
Yüksək Liqa
VI tur
17 yanvar
MOİK - “Murov Az Terminal” 0:3 (17:25, 21:25, 14:25)
“AZERRAIL” - “Neftçi” 3:0 (25:23, 25:14, 25:20)
- “Barselona”nın prezidentindən rüşvət iddiasına cavab
- Xavidən Messinin “Barselona”ya qayıtmaq ehtimalına MÜNASİBƏT
- Höccət Haqverdinin “Neftçi” ilə ARZULARI - VİDEO
- Krunoslav Renduliç: "Klublara deyə bilmərəm ki, rəqibləri stimullaşdırmayın"
- Qurban Qurbanov: "Qol epizodlarından istifadə edə bilmiriksə, deməli fikir başqa yerdədir"