Yüksək Liqa: "Neftçi" yarımfinal matçına çıxacaq
16.04.2025 - 09:19

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, ilk olaraq "Murov Az Terminal" "Neftçi" ilə üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da start götürəcək. İki saat sonra "Azərreyl" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunları aprelin 18-də baş tutacaq.
- "Legioner limitini danışmaqdansa, uşaq futboluna baxmalıyıq" - Rahid Əmirquliyev
- Alfonso Dominqes: "Mən Azərbaycan xalqını təmsil edirəm"
- “Turan Tovuz” “Tottenhem”in yetirməsi ilə danışıq aparır – YALNIZ BİZDƏ
- Redon Cicadan ümidini üzməyib - Aqolli həmyerlisinə güvənir
- Kərəmov kəmər uğrunda döyüşəcək
0
0