110 günlük baş məşqçi
19.10.2022 - 13:31
Almaniya Bundesliqasında növbəti istefa gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, bunu “Şalke”nin mətbuat xidməti açıqlayıb.
Helzenkirhen təmsilçisi baş məşqçi Frank Kramer ilə yollarını ayırıb. Buna komandanın uğursuz nəticələri səbəb olub.
O, 2022-ci ilin iyulunda bu posta təyin olunub. Kramer “Şalke”nin sükanı arxasında 110 gün duruş gətirib.
Qeyd edək ki, Bundesliqanın 10 turundan sonra “Şalke” 18 komanda arasında 17-ci yerdə qərarlaşıb.
- Rumıniyalı məşqçi: “Petresku heç vaxt “Qarabağ”a rəqib olmaq istəməz”
- Lyuba Baranin: “Mən hər zaman Azərbaycan futboluna baxıram, məlumatlıyam” - MÜSAHİBƏ
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Çempionlar Liqası tarixində 7-ci
- "Fənərbaxça"nın transferi İstanbula gəlir - YENİLƏNİB
0
0