150 milyonluq transfer hazırlığı
08.11.2022 - 22:51
“Mançester Yunayted” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqemi transfer etməkdə israrlıdır.
Apasport.az saytının məlumatına görə, hücumameyilli oyunçu “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın əsas hədəfidir.
Klub rəhbərliyi İngiltərə millisinin üzvünün keçidi müqabilində 150 milyon avro ayırmalı olacaq. Çünki almanlar 19 yaşlı futbolçunu ancaq bu məbləğə sata biləcəyini açıqlayıb.
Qeyd edək ki, bu mövsüm 20 oyunda 9 qol vuran Cud Bellinqemin “Borussiya” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Ulduz futbolçunun meneceri İstanbulda
- Liqa 1: “Qarabağ”ın rəqibi xal itirdi
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
- Baş məşqçi narazıdır: “Lex” “Qarabağ” önündə problem yaşayacaq”
0
0