17 oyunluq seriya qırıldı
31.10.2022 - 09:16

İtaliya A seriyasının XII turunda “Torino”nun qonağı olan “Milan” 1:2 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, bununla “rossonyerlər”in səfər matçlarındakı uğurlu seriyasına son qoyulub.
Belə ki, milanlıların A seriyasının ardıcıl 17 səfər oyunundakı məğlubiyyətsizlik seriyası qırılıb. Bu müddətdə komanda 12 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.
Qeyd edək ki, hazırda “Milan” 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.
- Birinci Liqa klubuna danışılmış oyunlarla bağlı seminar keçirilib
- Şahin Diniyev: "İndiyə kimi hücumda bu qədər fəal oynamırdıq"
- Ayxan Abbasov: “VAR olduğuna görə, belə epizodlar bağışlanmamalıdır” - MÜSAHİBƏ
- "Qalatasaray" "Brayton"un yarımmüdafiəçisi ilə maraqlanır
- “Barselona” 18 yaşlı futbolçu gətirir
0
0