18 yaşlı türk futbolçu üçün fantastik qiymət
13.03.2024 - 15:18
İtaliya A Seriyasında futbolçuların bazar dəyəri yenilənib.
Apasport.az xəbər verir ki, “Transfermarkt” portalı İtaliya A Seriyasında yer alan futbolçuların bazar dəyərini yeniləyib.
"Yuventus"da çıxış edən Kenan Yıldızın bazar qiyməti iyunda 1 milyon avro idisə, dekabrda 10 milyon avroya yüksəlib.
Belədə hücumçunun hazırkı bazar dəyəri 30 milyon avrodur.
Gənc vunderkid həmyerlisi Hakan Çalhanoğlundan sonra ən dəyərli türk futbolçudur.
Qeyd edək ki, 18 yaşlı futbolçu bu mövsüm "Yuventus"un heyətində 20 matçda iştirak edərək 3 qol vurub.
- Azər Məmmədov: “0:4 hesabı ilə məğlub olmuşuqsa, hakim haqda danışmağa dəyməz”
- Cəlal Hüseynovun komandası son turu qələbə ilə başa vurdu
- Fransa və Hollandiyadan asan qələbə
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
- Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”
0
0