2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlandı
06.01.2023 - 10:29
2022-ci ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
Apasport.az saytının məlumatına görə, İFFHS yaşı 20-yədək olan oyunçularla bağlı keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
İngiltərə millisinin və Dortmund “Borussiya”sının futbolçusu Cud Bellingem ən yaxşı gənc oyunçu seçilib. O, səsvermədə 115 xal toplayıb.
Almaniya millisinin və “Bavariya”nın üzvü Camal Musiala ikinci olub. Onun hesabında 95 xal var.
İlk “üçlüy”ü Yoşko Qvardiol qapayıb. Xorvatiya millisinin və “Leypsiq”in futbolçusu səsvermədə 55 xal yığıb.
- Elvin Cəfərquliyev üçün İtaliyadan 3 müştəri - KLUBLARIN ADLARI BƏLLİDİR
- Rafinya Kimdir? "Bavariya"ya Qarşı Het-Trik Edən 4-cü Hücumçu
- "Kəpəz" Qəbələdə "Turan Tovuz"la yoxlama matçı keçirəcək
- "Beşiktaş" Juninyonu "kredit"lə almaq istəyir
- "Neftçi" azarkeşlərini qəzəbləndirən transfer: Paraqvaylı qayıdır
0
0