39 yaşlı Felipe Melo 20-ci kubokunu qazandı
18.04.2023 - 00:42
Braziliyalı Felipe Melo növbəti dəfə titula sahib olub.
Apasport.az saytı xəbər verir ki, vətənində “Fluminense”nin şərəfini qoruyan mərkəz müdafiəçisi karyerasında 20-ci kuboka yiyələnib.
39 yaşlı mərkəz müdafiəçinin komandası finalda “Flamenqo”nu məğlub edərək (0:2, 4:1) Braziliya kubokunu başı üzərinə qaldırıb.
“Qalatasaray”, “Yuventus”, “İnter” və “Fiorentina” kimi komandaların şərəfini qorumuş Melo bildirib ki, bununla kifayətlənmək niyyətində deyil və karyerasını davam etdirəcək.

- "Beşiktaş" "Fənərbaxça"nın futbolçusu ilə maraqlanır
- 39 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- Yevlax klubu ev oyunlarındakı tamaşaçı sayına görə birincidir
- “Sabah”ın son rəqibi bəlli oldu
0
0