40 yaşlı qapıçıdan yeni müqavilə
22.06.2023 - 20:34
Xosep Reyna “Vilyarreal”la yeni müqavilə bağlayıb.
Apasport.az saytı xəbər verir ki, 40 yaşlı qapıçı növbəti bir ili komandada keçirəcək.
Reyna komandaya 2022-ci ildə azad agent kimi qoşulmuşdu. O, 2002-2005-ci illərdə də “Vilyarrel”ın heyətində çıxış edib. Klub rəhbərliyi daha bir il qapıçının təcrübəsindən istifadə etmək qərarına gəlib.
Qeyd edək ki, Reyna 2022/23 mövsümündə 22 oyunda qapını qoruyub. O, 7 qarşılaşmada qapını toxunulmaz saxlayıb.
- Qabil Mehdiyev: "İdmançımız sistem köçürülüb, ilkin tibbi yardım göstərilib"
- “Araz-Naxçıvan”ın daha bir futbolçusu məşqlərə başlayıb
- Yığmamız Çexiyada təlim-məşq toplanışında olublar
- “Qalatasaray”ın futbolçusu Azərbaycan millisində
- Şəkidə “Enactus Dünya Kuboku Simulyasiyası 2024” düşərgəsi keçirildi
0
0