41 yaşında yeni rekord - Ronaldo Portuqaliya tarixində birinci
23.06.2026 - 21:48
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo növbəti tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın K qrupunda Özbəkistanla oyunda vurduğu ikinci qolla ölkəsinin dünya çempionatları tarixində ən məhsuldar futbolçusu olub.
Ronaldo mundiallardakı qol sayını 10-a çatdıraraq Eusebionun rekordunu yeniləyib. Əfsanəvi futbolçunun hesabında 9 dünya çempionatı qolu var idi.
Qeyd edək ki, Kriştiano Ronaldo daha əvvəl dünya çempionatlarının 6 fərqli final mərhələsində qol vuran ilk futbolçu kimi tarixə düşüb.
0
0