45 yaşlı Buffona ərəb təklifi
02.07.2023 - 15:55
Canluici Buffon karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, 45 yaşlı qapıçı adını açıqlanmayan klubdan təklif alıb.
O, təklifə müsbət cavab verməsə də, düşünmək üçün vaxt istəyib. Ərəbistan klubu qolkiperə illik 15 milyon avro ödəməyə hazırdır. Buffon son mövsümü İtaliyanın B seriyasında mübarizə aparan “Parma”da çıxış edib. Onun komandası pley-offda uduzaraq, A seriyasına yüksəlmək şansını itirib.
Qeyd edək ki, qapıçının “Parma” ilə bir illik müqaviləsi var.
- Entoni Braziliya millisindən kənarlaşdırıldı - SƏBƏB
- Badmintonçularımız Uqandada "bürünc" qazanıblar
- Gimnastika üzrə Sumqayıt şəhərinin açıq birinciliyi yekunlaşıb - FOTO
- “Barselona”da qalmaq üçün de Yonqa şərt
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
0
0