“Malaqa” klubu İspaniya La Liqasına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Andalusiya təmsilçisi Sequnda pley-offunun finalında “Almeriya”nı mübarizədən kənarlaşdırıb.
Komandalar arasında keçirilən ilk oyun qolsuz bərabərliklə (0:0) başa çatıb. Cavab görüşündə isə “Malaqa” 2:1 hesablı qələbə qazanaraq elitaya yüksələn son komanda olub.
Beləliklə, “Malaqa” 8 il aradan sonra növbəti mövsümdən etibarən yenidən La Liqada çıxış edəcək.
Qeyd edək ki, Sequndanı ilk iki pillədə başa vuran “Deportivo” və “Rasinq” birbaşa La Liqaya vəsiqə qazanıblar.
“Malaqa” isə pley-offun qalibi kimi elitaya yüksələn üçüncü komanda olub.