A Seriyası klubunda yeni təyinat
27.06.2025 - 19:54
A Seriyası klubunda yeni təyinat

İtaliya A Seriyasına vəsiqə qazanan “Pisa”nın baş məşqçisi açıqlanıb.

Apasport.az xəbər verir ki, komandanın sükanı Alberto Cilardinoya tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Pisa” yeni mövsümdə A Seriyasında mübarizə aparacaq.