Vinsent Abubakar qışda “Beşiktaş”ı tərk edə bilər.
Apasport.az xəbər verir ki, İstanbul klubunun 31 yaşlı forvardı yenidən Səudiyyə Ərəbistanına qayıdır.
“Əl-İttihad” hücum xəttində Kərim Benzema – Vinsent Abubakar tandeminin olmasını arzulayır. Bu məqsədlə Kamerun millisinin kapitanının agenti ilə danışıqlara başlayan asiyalılar yaxın günlərdə bu transferi tamamlamağı hədəfləyiblər. Onlar futbolçunun müqaviləsində yer alan 6,5 milyon avroluq sərbəstqalma bəndindən istifadə etməyi planlaşdırırlar.
Qeyd edək ki, Abubakar türk klubuna yayda məhz Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr” klubundan keçib.
- Musa Qurbanlı Türkiyə Superliqasına doğru - ÖZƏL
- Şvarqa: “Bakıya gəlməyimizin məqsədi qələbə qazanmaqdır”
- "Zirə"nin UEFA Konfrans Liqasındakı rəqibindən böyükhesablı qələbə
- “Fənərbaxça”dan Aktürkoğluna növbəti təklif: “Benfika”dan rədd cavabı
- Orxan Hüseynov: “Daha yaxşı nəticə əldə etmək şansımız çoxdur”